Xunta

Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.


Developed by StudentB